Zavoddan pambıq oğurlayan dəstə ələ keçib

Bərdə rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayon ərazisindəki pambıq zavoduna məxsus anbardan 6250 kiloqram pambıq çiyidi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakinləri E.Hüseynov, R.Ələsgərov, İ.Bayramov, E.İsazadə, E.Atakişiyev və qardaşı saxlanılıblar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31