Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub-xəsarət alan var

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə binanın 5-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd kreslo yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31