Bakıda səkkiz yaşlı qız özündən on yaş böyük qardaşını bıçaqlayıb
19 Fevral 2019 14:49 KriminalHadisə fevralın 17-də gecə saat 01:30 radələrində Xətai rayonu, İnqilab İsmayılov küçəsində baş verib.
Bakı şəhər prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, 8 yaşlı məktəbli yaşadığı mənzildə oynayarkən ehtiyatsızlıqdan qardaşı Qubad Babazadənin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı "Azərsutikinti" xəstəxanasına çatdırılb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31