Axtarışda olan dələduz saxlanıb

Hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs saxlanıb. "Olaylar" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan verilən məlumata görə, İsmayıllı  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  178.2.1 ( Dələduzluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və  178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə)  maddələri ilə axtarışda olan Salyan rayonu Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb.  O, İsmayıllı RPŞ-yə gətirilib və istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31