Bakıda kilsənin qarşısında FACİƏ - Xəstəxanaya çatdırılsa da... - FOTO
18 Fevral 2019 19:53 KriminalBakıda naməlum kişi meyiti tapılıb.
Fevralın 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən "Maarifçi Qriqoriy" kilsəsinin qarşısından təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq həmin şəxs orada vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31