Saatlı şəhər sakinindən odlu silah götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əsədovdan "AK-74" markalı silah və 23 ədəd patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31