Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçdı
18 Fevral 2019 12:00 KriminalQaradağ rayonunda naməlum avtomobil qadını vuraraq öldürüb.
Hadisə paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində baş verib.Naməlum avtomobil yolu keçmək istəyən qəsəbə sakini 44 yaşlı Nəzakət Şahverdiyevanı vuraraq hadisə yerindən qaçıb. Yaralı aldığı bədən xəsarətlərindən elə hadisə yerindəcə dünyasını dəyişib.
Sürücünün axtarışları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31