Bankə qəsəbə sakinindən narkotik vasitə götürülüb
15 Fevral 2019 16:46 KriminalÜzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bankə qəsəbə sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən mlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Səmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin evində də narkotik vasitə saxlaması müəyyən edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun qəsəbə ərazisindəki evindən əlavə olaraq 1,6 kiloqram marixuana da aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31