Şirkətdən oğurluq edənlər saxlanıblar
15 Fevral 2019 16:44 KriminalSəbail rayonu ərazisində yerləşən şirkətlərdən birinin həyətindən oğurluq edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 14-də Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Salyan yolu küçəsində yerləşən şirkətlərin birinin həyətindən mühərriklər, yüksək təzyiqə davamlı borular, elektrik avadanlıqları və dəmir ayaqaltıların oğurlanması barədə müraciət daxil olub. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakinləri N.Hüseynzadə, H.Nadirov və Bakı şəhər sakini H.Məmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31