Binədə narkotik əməliyyatı
15 Fevral 2019 16:36 KriminalBinə qəsəbə sakininin həyətində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini C.Mecidova məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Polis əməkdaşları tərəfindən oradakı istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 150 ədəd çətənə kolu və çəkisi 5,1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31