Bakıda silsilə oğurluqla məşğul olan şəxs tutulub
14 Fevral 2019 15:47 KriminalBakıda silsilə oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş C.Abbasovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində "KİA" markalı avtomobildən içərisində 250 manat, sənədlər və mobil telefon olan çantanı oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31