Paytaxtda cibgir saxlanıb

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator, 1 evdən gümüş əşyalar və 1 qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Eyvazov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31