Astara sakinindən odlu silah və narkotik vasitə götürülüb
14 Fevral 2019 15:44 KriminalAstara rayonunun Şiyəkəran kənd sakinindən odlu silah və narkotik vasitə götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, "Makarov" markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31