Fermadan 38 baş qoyun oğurlanıb
5 May 2016 17:31 KriminalBiləsuvarda fermadan 38 baş qoyun oğurlanıb. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 3-nə keçən gecə Biləsuvar rayonunun Ağayri kəndində kənd sakini Sakit Nəzərova məxsus fermadan 38 baş qoyun oğurlanıb. Beyləqan RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağcabədi rayon sakinləri Ramil Əbilov tutulub, digər 2 nəfər isə müəyyən edilib. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31