Lənkəran sakinindən 450 qram heroin götürülüb

Lənkəran sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhərində şəhər sakini Mahir Hüseynovdan 450 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31