Qadını qətlə yetirən könüllü polisə təslim olub

Gəncədə qətl hadisəsi törədilib. Mayın 4-də Gəncə şəhərinin Avtozavod qəsəbəsində yaşayan Nahidə İsmayılovanın evində tanışı İlham Abbasov münaqişə zəminində ona qarın nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. DİN-dən verilən məlumata görə, İ.Abbasov könüllü olaraq polisə gələrək təslim olmuşdur. Xəstəxanaya yerləşdirilmiş N.İsmayılova orada ölmüşdür. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31