Bakıda törədilmiş müəmmalı qətlin üstü açıldı
5 May 2016 12:12 KriminalMayın 2-də Bakı şəhərinin Yasamal rayonunda törədilmiş qətl hadisəsinin üstü çılıb. Lent.az bildirir ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Əliyev küçəsi 217 üncanındakı evdə 41 yaşlı Mirzə Hüseynovu bıçaqlayaraq qətlə yetirmiş şəxsin 1988-ci il təvəllüdlü Cavadov Elçin Mirheydər oğlu olması müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib. Bildirilir ki, qətlə yetirilən şəxs keçmiş məhkumdur və narkotik vasitə aludəçisi olub. Hadisəni törədən E.Cavadov da narkotik istifadəçisidir və hadisə baş verən gün M.Hüseynovun evinə gələrək narkotik istəyib. Bu zaman onların arasında münaqişə yaranıb. E.Cavadov tanışını söyüşə görə öldürdüyünü bildirib. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31