Bakıda evdən 3000 manat və qızıl oğurlayanlar tutulub

Bakıda mənzildən pul və qızıl əşyaları oğurlanıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də Bakı şəhər sakini Rövşən Əliyevə məxsus evdən 3000 manat və qızıl əşyalar oğurlamış paytaxt sakini Mahmud Mahmudov və Orxan Yusifov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31