İqtisadiyyat

"Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşdır"

22 Yanvar 2019 14:23

“Davos İqtisadi Forumu əhəmiyyətinə görə, dünyanın ən əhəmiyyətli forumlarından hesab olunur. Onun dünyada aparıcı dövlətlərin hökumət başçılarını, biznes, beyin mərkəzlərinin, media rəhbərlərinin bir araya toplayan yeganə forum olduğunu nəzərə alsaq, budəfəki forumda da fərqli auditoriyanı təmsil edən liderlərin bir araya gələcəyi istisna edilmir”. Bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır

22 Yanvar 2019 14:07

Ölkənin iqtisadi sistemi böhrandan əziyyət çəkən dövlətlər üçün nümunədir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası təmin edilib. Məlum olduğu kimi Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır.

“Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi

22 Yanvar 2019 13:57

Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub. Olaylar.az bildirir ki, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Qadın sahibkarların işgüzar fəallığı artırılır

22 Yanvar 2019 12:39

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib.

AQTA sədri Qoşqar Təhməzli FAO-nun regional direktoru ilə görüşüb

21 Yanvar 2019 19:02

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Oleqoviç Raxmanin və qurumun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak ilə görüşüb. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər barədə FAO-nun Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Oleqoviç Raxmaninə məlumat verib və qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Q. Təhməzli mübadilə proqramları çərçivəsində Agentlik mütəxəssisləri tərəfindən beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Babək prospektində hərəkət bərpa olundu

21 Yanvar 2019 18:08

Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb. Bu barədə məlumat “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, həmin hissə üzrə hərəkət bərpa olunub..

BNA dumanlı havayla bağlı sürücülərə müraciət etdi

21 Yanvar 2019 16:38

Məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.

“Güzəştli mənzil” əldə etmək sadələşdirildi

21 Yanvar 2019 14:52

Azərbaycan Prezidentinin 14.01.2019-cu il tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib. Agentlikdən

Dəmir yolları zolağı boyunca yeni fiber-optik infrastrukturun tikintisinə başlanılıb

21 Yanvar 2019 13:58

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti infrastrukturunun yenilənməsi çərçivəsində dəmir yollarının qorunma zolağı boyunca yeni fiber-optik kabel xətlərinin tikintisinə başlayıb. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dəmir yollarının qorunma zolağı boyunca yeni magistral fiber-optik kabel xətlərinin çəkilişi yeni dayanıqlı infrastrukturun formalaşmasına, dəmir yolları boyunca perspektivdə rəqəmsal xidmətlərin təmin edilməsi və inkişafına, stansiyalarda qabaqcıl telekommunikasiya xidmətlərinin verilməsinə şərait yaradacaq. Bu, həmçinin ölkənin mövcud magistral infrastrukturunun güclənməsinə xidmət etmiş olacaq.