Balıq zavodu, mehmanxana və şadlıq evi hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 5 mart tarixində keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 5 mart tarixində keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir. Budəfəki hərracda özəlləşməyə çıxarılan kiçik dövlət obyektlərinə Şəmkirdə balıq zavodu, Şabran və Balakəndə mehmanxanalar, digər şəhər və rayonlarda mağaza, yeməkxana, şadlıq evləri və kinoteatr kimi müəssisələr aiddir. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m arasındadır. Saatlıda yerləşən bu növ dövlət əmlaklarının isə ümumi faydalı sahəsi 420 kv.m-ə qədərdir. Təmir-tikinti sahəsinə aid olan bu müəssisələri investorlar torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki "Dəvəçi" Mehmanxanası da sərmayəçi üçün maraqlı ola biləcək dövlət əmlaklarındandır. Turizm sektorunda gəlirli fəaliyyət potensialı olan obyektin ümumi faydalı sahəsi 582.5 kv.m, torpaq sahəsi isə 1583.5 kv.m-dir. Biznes fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri Samux, Gəncə və Sabirabadda yerləşir. Dövlətə məxsus səhm paketlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Hərraca çıxarılan avtomobillər "Volkswagen", "Toyota", "Chevrolet" və "Nissan" markalarına aiddir. Bu əmlaklar üzrə təyin olunmuş ilkin hərrac qiyməti 4 min manat ilə 8 min manat arasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31