“Huawei” dünyada ilk qatlanan 5G smartfonu təqdim edəcəyi tarixi açıqladı
4 Fevral 2019 18:45 DünyaDünyada ilk 5G-ni dəstəkləyən qatlanan smartfonu bu il fevralın 24-də "Huawei" şirkəti təqdim edəcək.
Təqdimat fevralın 25-dən 28-dək Barselonada keçiriləcək "Mobile World Congress-2019" (MWC-2019) sərgisi çərçivəsində baş tutacaq.
Qeyd olunur ki, bundan 4 gün əvvəl isə "Samsung" şirkətinin ilk qatlanan smartfonu təqdim edəcəyi gözlənilir.
Xatırladaq ki, ilk qatlanan smartfonu ötən ilin sonlarında Çin şirkəti "Rouyu" təqdim edib. Lakin bu cihazı gözəl, rahat və praktik adlandırmaq çətindir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31