İqtisadiyyat

“AtaSığorta” ASC iri sığorta ödənişləri həyata keçirib

18 Yanvar 2019 18:14

2018-ci ilin oktyabr ayında qatarla sərnişin daşıma avtobusunun toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı “AtaSığorta” ASC tərəfindən sığorta ödənişlərinin verilməsinə başlanılıb. “OLAYLAR”-a şirkətdən bildirilib ki, sığorta hadisəsi 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində dəmir yolu keçidində baş verib. Belə ki, yol nəqliyyat hadisəsi zamanı avtobus sürücüsü ilə birlikdə avtobusda cəmi 42 nəfər olub, onlardan 3-ü ölmüş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Azercell NNTV xidmətini təqdim edir

18 Yanvar 2019 18:10

Artıq mobil telefonda 150 televiziya kanalını izləmək imkanından zövq al

BNA işə qəbul müsabiqəsi elan edir

18 Yanvar 2019 16:32

Bakı şəhərinin ictimai nəqliyyatının təkmilləşdirilməsi ilə əlaqədar görülən zəruri tədbirlər çərçivəsində şəhərimizə gətiriləcək yeni 18 metrlik avtobuslarla sərnişinlərə xidmətin təşkili məqsədilə Bakı Nəqliyyat Agentliyi “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.

Bakcell və Hesab.az avtomatik ödəniş funksiyasını təqdim edib

18 Yanvar 2019 15:52

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən böyük onlayn ödəmə portalı olan “Hesab.az” ilə birlikdə avtomatik ödəniş funksiyasını təqdim edib.

Keyfiyyətli məhsul almaq istəyən sahibkarlar becərmə işlərini yüksək səviyyədə aparmalıdırlar

18 Yanvar 2019 15:17

Qida Təhlükəsizliyi Agentliyi yarandığı gündən əhalinin təhlükəsiz qidalarla təmin edilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində sistemli və davamlı iş aparır. Etiraf etmək lazımdır ki, ötən illər ərzində görülən işlər öz müsbət nəticəsini verib və müəyyən mənada uğurlar əldə edilib. Burada müsbət məqamlardan biri ondan ibarətdir ki, Agentlik təkcə qidaların təhlükəsiz şəraitdə istehsalı, onun satışına diqqət etmir, eləcə də həmin qidaların hansı şəraitdə yetişdirilməsini də diqqətdən kənarda qoymur, bu sahəyə diqqət ayırır. AQTA bu mınada meyvə aöaclarının hansı şəraitdə becərilməsi, onlara qulluq edilməsinə də önəm verir.

Dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələri mühafizə edilən duracağa aparılacaq

18 Yanvar 2019 14:23

Yaxın günlərdə Bakı şəhərinin inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması prosesinə başlanılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, bunu nəzərə alaraq bir daha sürücülər dayanma, durma və parklanma qaydalarına əməl etməyə dəvət edilir.

Vergi bəyənnamələri şənbə günü də qəbul ediləcək

18 Yanvar 2019 14:12

Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzləri həftənin şənbə günü də işləyəcəklər.

Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi

18 Yanvar 2019 14:00

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. Olaylar.az bildirir ki, sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

“Nəsimi ili”nə həsr olunmuş kitab sərgisi

18 Yanvar 2019 13:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 6 saylı filialında “Şərqin böyük filosofu və şairi İmadəddin Nəsimi” adlı kitab sərgisi təşkil olunub.

“Azərişıq”da gücləndirilmiş iş rejimi davam edir

18 Yanvar 2019 13:36

“Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb. "Azərişıq" ASC-nin əməkdaşlarl elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüblər”. “Olaylar” xəbər verir ki, bu barədə "Azərişıq"ın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hazırda Bakı şəhəri və bütün rayonlarda "Azərişıq" əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:

Gəmilər dənizdə növbə çəkirlər

18 Yanvar 2019 13:32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yanvarın 17-də Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüb.“Olaylar”ın xəbərinə görə, qurumun mətbuat xidmətindən bildirilib ki, ASCO Xəzərdə üzən bütün gəmilərinə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə iki gün öncədən yazılı məlumat göndərib, müvafiq tapşırıqlar verib.