Elman Rüstəmovdan devalvasiya AÇIQLAMASI

"Azərbayanda devalvasiya haqqında danışılanlar qeyri-ciddidir. Bütün proqnozlar makroiqtisadi stabilik üzərində qurulub".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb. Cari ildə maroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il maroiqsadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. İlk ildir ki, fiskal qaydalar fəaliyyət göstərir. Bu il Azərbaycan valyuta bazarına 6,8 mlrd. dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub", - deyə o, qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31