Xarici investorlar Səudiyyə Ərəbistanının səhmlərinə rekord həcmdə sərmayə qoyub

Səudiyyə Ərəbistanının səhm bazarına xalis xarici kapital axını 2019-cu ilin yanvar ayında rekord səviyyəyə çatıb.

Xarici investorların Səudiyyə Ərəbistanının səhmlərinə sərmayələri 1,17 milyard dollar təşkil edib. Bu rəqəm isə müşahidələrin aparıldığı 2015-ci ildən etibarən maksimum göstəricidir.

"MSCI Inc" və "FTSE Russell" indekslərinin provayderləri qarşıdakı aylarda Səudiyyə Ərəbistanı şirkətlərinin səhmlərini "emerging markets" aparıcı beynəlxalq indekslərə daxil edəcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31