İqtisadiyyat

2018-ci ildə ən populyar kiberhücum metodu hansı olub?

1 Mart 2019 11:13

 İnformasiya təhlükəsizliyinin təmini üçün "Trend Micro" həllər istehsalçısı 2018-ci ildə kibertəhdidlərlə bağlı vəziyyətə həsr edilən tədqiqat dərc edib. Hesabat dövründə zərərli internet ünvanlarından istifadə olunaraq edilən, lakin qarşısı alınan hücumların sayı 2017-ci illə müqayisədə 269 faiz artıb. Unikal İP ünvanına malik istifadəçilərin fişinq saytına keçid üçün bloklanmış cəhdlərinin sayında isə 82 faiz artım qeydə alınıb.

“5G” şəbəkəsində ilk videozəng edilib

1 Mart 2019 10:49

Çinin “ZTE” telekommunikasiya avadanlığı istehsalçısı beşinci nəsil mobil rabitə şəbəkəsində (5G) ilk uğurlu videozəng edib. İstehsalçı sınağı İtaliyanın “Wind Tre” rabitə operatoru və “Open Fiber” telekommunikasiya şirkəti ilə birgə həyata keçirib.

Youth Inc. və eazi START arasında memorandum imzalandı

1 Mart 2019 10:26

Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən tədbirdə “Youth Inc.” Sahibkarlıq Proqramı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzi arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq memorandumu imzalanıb. Olaylar.az bildirir ki, imzalanan memorandum “New Generation” layihəsi çərçivəsində hər iki mərkəzdə fəaliyyət göstərən startap komandalarının, tədris və praktiki metodikalarının qarşılıqlı mübadiləsi və inkişafı üçün nəzərdə tutulub.