Deputatımız QDİƏT Parlament Məclisinin tədbirinə qatılacaq

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun Daimi komitəsinin toplantısında iştirak etmək üçün aprelin 1-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, QDİƏT Parlament Məclisinin Daimi komitəsi və Baltik Assambleyasının birgə görüşündə "Okeanlarımızın və dəniz həyatının qorunması" mövzusunda müzakirələr aparılacaq. Görüşdə üzv ölkələrin milli nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər. Sonra Eldar Quliyev Almaniyanın paytaxtı Berlinə yola düşəcək. Burada o, müəllifi olduğu "Qlobal qida təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabına görə "İlin Alimi" medalı ilə təltif olunacaq.Səfər aprelin 5-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31