Əflatun Amaşov: “Dövlət büdcəsindən vəsait ayrılmasa bu institutun fəaliyyətində çətinlik yaranacaq”

"Təcrübədə xırda məsələlərin də məhkəmələrə daşındığının şahidi oluruq. Bu, məhkəmələrin yükünü artırır, bu səbədən hesab edirəm ki, "Mediasiya haqqında" qanun layihəsinin qəbul edilməsi bu yükü əhəmiyyətli dərəcədə azaldacaq. Rəhbərlik etdiyim Mətbuat Şurası ilə kiçik müqayisə apardım. Danılmaz faktdır aki, Mətbuat Şurasının fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının ciddi azalmasına səbəb olub". "Olaylar" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin iclasında "Mediasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib. O, bildirib ki, vətəndaşlardan daxil olan yüzlərlə şikayət məhkəmələrə ünvanlansaydı nələr baş verərdi?: "Bu baxımdan "Mediasiya haqqında" qanun layihəsinin əhəmiyyətli rol oynayacağına əminəm".

Millət vəkili mediasiya şurasının ilkin mərhələdə dövlət büdcəsindən də maliyyələşdirilməsini təklif edib: "Mətbuat Şurası mətbuatla bağlı məsələlərə baxır. Məhz bunun nəticəsində mətbuatla bağıl məhkəmədərə gldən işlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Mən Mətbuat Şurasının təcrübəsindən çıxış edərək bildirmək istəyirəm ki, mediasiya şurasının fəaliyyəti üçün həm də dövlət bübcəsindən vəsait ayrılmasa, bu institutun fəvaliyyətində çətinlik yaranacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31