İqtisadiyyat
“Asan İmza” ilə bağlı yeni elektron xidmət istifadəyə verilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni elektron xidmət istifadəyə verib. Bu, qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi və Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması xidmətidir.
Növbəti hərraca 64 dövlət əmlakı çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 8 dekabr tarixində təşkil ediləcək.
“Instagram”da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək
"Facebook Messenger" və "Instagram" xidmətlərinin istifadəçiləri avtomatik silinən mesajlar göndərmək imkanına malik olacaqlar. Bu haqda "Facebook"un tərtibatçıları məlumat veriblər. Olaylar.az xarici mediyaya istinadən bildirir ki, avtomatik silinən mesajlar başqa messencerlərdə reallaşdırılmış analoji funksiyanı xatırladır, lakin bir qədər fərqlənir.
Bərpa olunan enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Almaniya Federativ Respublikasının enerji səmərəliliyi və bərpa olunan enerji üzrə dövlət orqanı olan Almaniya Enerji Agentliyi arasında onlayn görüş keçirilib.
Bakı şəhəri üzrə əhali abonentlərin sayı 900-ə çatır
2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 61 453 yeni abonent qeydiyyata alınıb
İki kənddə 210 fərdi yaşayış evinə qaz verildi
"Naxçıvana yeni dəmir yolunun çəkilməsi planlaşdırılır" - Türkiyəli nazir
Naxçıvan istiqamətinə yeni dəmir yolunun çəkilməsi planlaşdırılır.
Ekoturizmin sosial və internet mediada təbliğinə aid ekspert təkliflərini əhatə edən yazılar dərc edilib
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsi çərçivəsində eksklüziv olaraq ekspertlərlə sırf ekoturizmin inkişafı ilə bağlı müsahibələr, eləcə də şərh yazıları hazırlamaqda və “Yenimedia.info” saytında, eləcə də digər saytlarda işıqlandırmaqdadır.
İşğaldan azad edilən ərazilərimizin turizm potensialından istifadə üçün araşdırmalara başlanılıb
Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin turizm potensialından istifadə üçün ilkin araşdırmaların aparılmasına başlanılıb.
“Azərenerji” artan tələbatı qarşılamaq üçün işləri sürətləndirib
Ölkədə elektrik enerjisinə artan tələbat, xüsusilə torpaqlarımızın işğaldan azad olunmasından sonra bu tələbatın daha da artması enerjisistemdə aparılan tikinti və yenidənqurma işlərinin bir qədər də sürətləndirilməsini şərtləndirib.
Naxçıvana birbaşa nəqliyyat dəhlizi regiona nə vəd edir? - Təhlil
COVİD 19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri müzakirə ediləcək
Bu gün Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVİD 19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin Dəyirmi Masası keçiriləcək.
Ermənistanda doğulan körpənin kürəyinə elə beşikdə ikən 4300 dollarlıq borc yazılır
Müharibədə itirdiklərinin və dağılmış iqtisadiyyatın bərpasının kompensasiyası Ermənistanın xarici borclanmasını daha da artıracaq. Bu iqtisadi təlatüm nəticəsində növbəti bir il üçün xarici dövlət borcunun 7-7,3 milyard dollara, ümumi xarici borcun isə 13,8 - 14 milyard dollara çatdıracağı gözlənilir.














