Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün kömək edir - Elman Rüstəmov
9 Dekabr 2020 15:55 İqtisadiyyatAzərbaycan banklarında kreditlər üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır və Mərkəzi Bank faizlərin birrəqəmli həddə olması üçün çalışır.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, kreditlər üzrə faizlərin formalaşmasının arxasında çox ciddi obyektiv reallıqlar dayanır:
"Faizlər Azərbaycan banklarının gəlir resursudur. Bu mənfəət növü bilavasitə banklardakı risk amili ilə bağlıdır. Ona görə də ilk növbədə bank sektorunun risklərini azaltmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31