Tahir Mirkişili: “Bu bank kredirlərinin faizinin aşağı salınmasına imkan verəcək”
15 Dekabr 2020 12:14 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankında hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat, Tahir Mirkişili deyib. Deputat bildirib ki, banklarda kredit faizləri yüksəkdir: "Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31