İqtisadiyyat

Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər

23 Noyabr 2020 15:50

Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.

“Facebook Messenger”də boşluq

23 Noyabr 2020 13:11

"Facebook" şirkəti "Android" əməliyyat sistemi üçün "Facebook Messenger" məlumat mübadiləsi proqramında kritik boşluğu aradan qaldırıb. Ondan istifadə zəng edən abunəçilərə icazəsiz o biri başdakı abunəçi zəngə cavab verməzdən əvvəl başqa istifadəçilərin ətrafını dinləməyə imkan verib. Cinayətkarlar problemdən zəngi çağırılan istifadəçinin qurğusuna ona cavab verməzdən əvvəl qoşulmağa məcbur edən "SdpUpdate" kimi tanınan xüsusi tipli bildiriş göndərməklə istifadə ediblər.

Bu dəfə səhmdar cəmiyyətləri hərraca çıxarılacaq

20 Noyabr 2020 14:52

qtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac dekabrın 15-də təşkil ediləcək. Hərraca 41 dövlət əmlakı (səhmdar cəmiyyətləri) çıxarılacaq.

Vüqar Bayramov: “Ağdam rayonu böyük iqtisadi potensiala malikdir”

20 Noyabr 2020 14:51

“Ərazisi 1094 kvadrat kilometr, əhalisi 200 minə yaxın olan Ağdam rayonu böyük iqtisadi potensiala malikdir”. Olaylar xəbər verir ki, bunu deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, 27 il əvvəlki erməni məkri bu potensialı işğal müddətində məhv etdi. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdi: “İşğaldan əvvəl Ağdam rayonunda yeyinti və yüngül sənaye, kənd təsərrüfatının fərqli sahələri inkişaf etmişdi. 40 min əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 27 il ərzində cəmi 17 min sahədə əkin aparılıb. Ağdam rayonun torpaqlarının 92 faizi əkin üçün yararlı torpaqlardır. Bu isə rayonun böyük aqrar potensialının olmasından xəbər verir”.

Azərbaycanda buğdanın yeni keyfiyyət standartı təsdiq edilib

20 Noyabr 2020 11:10

Azərbaycan əhalisinin keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılmasına nəzarəti həyata keçirəcək yeni, sərtləşdirilmiş tələbləri ehtiva edən AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Həftəsonları taksilər də Işləməyəcək

19 Noyabr 2020 17:29

Noyabrın 21-dən dekabrın 28-dək həftəsonları ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyətinə qadağa qoyulub.

Bu ilin on ayı üzrə ölkədə elektrik enerjisi istehsalı azalıb

18 Noyabr 2020 17:59

2020-ci ilin on ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1895,7 mln. kVtst, ixracı 59,8 mln. kVtst, idxalı 10,8 mln. kVtst olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 24,7 mln. kVtst, ixrac 14,5 mln. kVtst, idxal isə 1,5 mln. KVtst artıb.

Maliyyə Nazirliyi yeni dövlət istiqrazları yerləşdirib

18 Noyabr 2020 12:12

17 noyabr 2020-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105001850 ISIN kodlu, tədavül müddəti 728 gün olan 100.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Növbəti özəlləşdirmə hərracı keçirilib

18 Noyabr 2020 12:10

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 17 noyabr tarixində təşkil olunub. Hərracda 7 dövlət əmlakı özəlləşdirilib.

Pandemiya şəraitinin tələblərinə ciddi əməl olunmalıdır

17 Noyabr 2020 11:48

Son günlər koronavirus infeksiyasına artan dinamikası pandemiya şəraitinin zəruri qaydalarına daha ciddi əməl olunmasını tələb edir.