Dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb
16 Dekabr 2020 15:55 İqtisadiyyatƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Nazirlikdən bildirilib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də dekabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları bu ayın 9-da ödənilib. Yaxın günlərdə dekabr ayı üzrə sosial müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar da ödəniləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31