Facebook hər an dağıdıla bilər

Problemdən qurtulmayan Facebookla bağlı vacib qərarların verilməsi mərhələsi başladı

Olaylar.az xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyası tərəfindən aparılan araşdırmaların nəticəsində şirkətin taleyi ilə bağlı qərarlar veriləcəyi gözlənilir.

Bugünədək "Facebook"a açılan məhkəmə işlərinin mövzusu  inhisar və məlumatların gizliliyini pozmaq ittihamları olub. Mark Zuckerberqin bu cür ittihamlarla daha uzun müddət qarşılaşacağı ehtimalı var. Lakin məhkəmənin bu dəfəki qərarı  şirkət üçün ağır bir zərbə ola bilər.

Facebook belə problemlə üzləşəcəyini proqnozlaşdırıb və   Mark Zuckerberg  hər kəsin bu mövzuda daha diqqətli olmasını istəyib. 

Bildiyimiz kimi, "Facebook" platformasında bir çox şirkət var. "Instagram" və "WhatsApp" bunun ən yaxşı nümunələridir. Verilən qərarla bu platformların fəaliyyətinə necə təsir göstərəcəyi sual altındadır.

Qeyd edək ki, 9 dekabrda bu  sosial media nəhənginə qarşı çox ciddi bir iddia qaldırılıb.

Mənbə: CNN türk

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31