Gələn in dövlət büdcəsində neftin 1 bareli neçə dollardan götürülüb?
21 Dekabr 2020 13:33 İqtisadiyyatGələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 40 dollar götürülüb. "Olaylar"xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib. Bildirlib ki, 2021-ci il üçün büdcə gəlirlərinin hesablanması zamanı 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulan neftin bir barelinin satış qiyməti 35 ABŞ dollarına enərsə, neftin qiymətindəki azalmanın dolayı yolla qeyri-neft sektoruna təsirləri nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə 0,5 faiz olmaqla, ümumilikdə dövlət büdcəsinin gəlirlərində proqnozla müqayisədə 1,3 faiz azalma ola bilər. Xam neftin hasilatının azalması (o cümlədən, OPEC+ ölkələri tərəfindən qəbul ediləcək qərara uyğun olaraq) icmal büdcənin gəlirlərinə mənfi təsiri göstərə bilər.