Əmanətlərin tam sığortalanması aprelin 5-dək uzadılır
11 Dekabr 2020 12:37 İqtisadiyyatƏmanətlərin tam sığortalanmasının müddəti uzadılır. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Əmanətlərin tam sığortalanması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib. Layihəyə əsasən, qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31