“Əmanətlərin tam sığortalanması haqqında” sənəd II oxunuşdan keçdi
15 Dekabr 2020 12:57 İqtisadiyyatMilli Məclisin plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb. Xatırladaq ki, "Əmanətlərin tam sığortalanması haqqında" 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Öt l martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31