AZAL uçuşlarla bağlı məlumat yaydı: Xüsusi reyslər davam etdirilir
10 Dekabr 2020 11:33 İqtisadiyyatAZAL uçuşlarla bağlı məlumat yayıb.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə bildirilib ki, 31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
Karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31