İqtisadiyyat

Benzinin qiymətinin artırılması əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcək

17 İyul 2017 15:28

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir.

Bu il Türkiyəyə 243 mindən çox Azərbaycan vətəndaşı səfər edib

17 İyul 2017 14:50

2017-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə ümumilikdə 8 mln. 762,509 min nəfər xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55% çoxdur. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə Rusiyadan Türkiyəyə 928,376 min nəfər səfər edib. Siyahının lideri Rusiyanın ardınca qardaş ölkəyə ən çox Gürcüstan vətəndaşları gəlib ki, onların sayı 874,955 min nəfər təşkil edib.

Bank sektorunda ciddi islahatların aparılmasına ehtiyac var

17 İyul 2017 14:03

Bazar iqtisadiyyatı şəraitində yaşayan əksər ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadiyyatın dinamik inkişafında əsas amillərdən biri bank sektoru hesab olunur. Xüsusən, qeyri-neft sektorunun dayanıqlı inkişafının təminatında bank sistemi xüsusi əhəmiyyətə malikdir.

“İkili yanaşmalar bizi ruhdan sala bilməz”

17 İyul 2017 13:56

Azərbaycan parlamenti cari ildə bir necə uğurları ilə yadda qaldı. Həm ayrı-ayrı millət vəkillərinin, həm də beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndə heyətinin fəallığı öz bəhrəsini vermiş oldu. Konkret olaraq bir sıra beynəlxalq təşkilatlarda ölkəmizin lehinə qərarlar qəbul edilmiş oldu.

Ölkədaxili qatarlarda qiymətlər qalxdı

15 İyul 2017 12:38

Azərbaycan Dəmir Yollarının sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiq edilməsi bu gündən qüvvəyə minib. Bu gündən etibarən ölkədaxili sərnişin və sürət qatarlarına biletlər yeni tariflərlə satılacaq. Belə ki, ölkədaxili səfər edən sərnişinlər bu gündən etibarən biletləri 20 faiz baha əldə edəcəklər.

Masallıda sahibkarlara güzəştli kredit verilib

14 İyul 2017 15:01

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Masallı rayonunun Dəlləkoba kəndində keçirillib.

Sürətli iqtisadi inkişaf başlıca hədəfimizdir

14 İyul 2017 13:20

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda istər dövlət başçısının, istərsə də müvafiq nazirlik və komitə rəhbərlərinin çıxışından belə məlum oldu ki, cari ilin birinci yarım ili də ölkəmiz üçün iqtisadi baxımdan səmərəli olub və qarşıya qoyulan hədəflər reallaşıb.  Cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafı və əldə edilən nəticələr onu deməyə əsas verir ki, ümumilikdə 2017-ci ili uğurla başa vuracağıq. Elə əksər iqtisadçılar da bu qənaətdədir.

“Neft Daşları”nda yeni quyu istismara verilmişdir

14 İyul 2017 13:17

“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançadan 2690 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1210-1205 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Tərəvəzin qiyməti qalxdı

13 İyul 2017 14:54

Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz artıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.

Ərzaq malları 18,1 faiz bahalaşıb

13 İyul 2017 14:49

2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz bahalaşıb.

Keyfiyyətsiz ərzaq məhsullarına görə heç kim məsuliyyət daşımaq istəmir

13 İyul 2017 13:39

Son vaxtlar əksər ticarət mərkəzlərində keyfiyyətsiz və yararlılıq müddəti ötmüş ərzaq məhsullarının satışına tez-tez rast gəlinir. Etiraf edilməlidir ki, belə məhsulların satışı hətta paytaxtın ən məhşur dükanlarında müşahidə olunur. Elə bu səbəbdən də ölkədə qidadan zəhərlənmə halları artıb. Vəziyyət o həddə çatıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən ehtiyatlı olmağı tövsiyyə edib.

Şefçoviç: ""Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşmasının Avropa İttifaqı üçün mühüm əhəmiyyəti var"

13 İyul 2017 11:11

"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin vaxtında reallaşdırılması və gələcəkdə layihənin genişləndirilməsi həm Avropa İttifaqı, həm də Gürcüstan üçün mühüm əhəmiyyətə malikdir".

410 saylı estakadayanı meydançada əsaslı təmirə başlanılıb

12 İyul 2017 14:11

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 410 saylı estakadayanı meydançada əsaslı təmir işlərinə başlayıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, meydançanın istismarının daha keyfiyyətli təmin edilməsi məqsədi ilə həyata keçirilən işlər çərçivəsində müxtəlif ölçülü 46 svayın vurulması, ümumi çəkisi 150 ton olan 5 ədəd metal lövhənin quraşdırılması nəzərdə tutulur. Layihə üzrə 1000 kvadrat metr sahənin əsaslı təmiri gözlənilir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılır.

Pirallahı Sənaye Parkına üçüncü rezident qəbul edilib

12 İyul 2017 13:52

Pirallahı Sənaye Parkının yeni rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur.

Güzəşt hüququ olmayanlar da mənzil ala biləcək

12 İyul 2017 13:50

"Son günlər "MİDA" MMC tərəfindən 3 yaşayış binasının tikintisinə inşaat şirkətinin cəlb edilməsi ilə bağlı suallar verilir. Qeyd edim ki, bununla sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq.