İqtisadiyyat
İstehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə aprelin 13-də Saatlıda istehlakçı hüquqlarına dair Konfrans keçirilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə iştirakçıları məlumatlandırıblar.
Regional proqramlar Göyçay rayonunda uğurla icra edilir
Respublikanın digər regionlarında olduğu kimi Göyçay rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. Proqramın icra edildiyi son 14 il ərzində rayonda geniş tikinti, quruculuq və abadlıq işləri aparılıb, yeni istehsal, ticarət və xidmət obyektləri inşa edilib, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Təkcə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları ərəfəsində Göyçayda daxili istehsalı artırıb, məhsul istehsalında əsaslı dərəcədə artım qeydə alınıb.
“Bağlanan müqavilə ölkəmizdə aparılan uğurlu enerji siyasətinin bariz göstəricisidir”
Məlum olduğu kimi Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində “Azərenerji” ASC ilə İranın Enerji İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Müqavilə şərtlərinə görə, rəsmi Bakı Tehrana 160 mVt civarında elektrik enerjisi satacaq.
Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır
ABŞ-ın ötən həftə Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalarından sonra bu ölkənin maliyyə bazarlarında yaranmış çaxnaşma neftin dünya bazarında qiymətlərinin kəskin sıçrayışı sayəsində səngiyib. Virtualaz.org xəbər verir ki, Moskva banklararası birjasında bu gün keçirilən hərraclarda rubl ötən günlər ərzində itirdiyi mövqeləri cüzi də olsa bərpa edib. Hazırda 1 ABŞ dollarının rəsmi məzənnəsi 62 rubldan bir qədər aşağıdır. Valyutadəyişmə məntəqələrində isə dollara tələbat hələ də yüksək olaraq qalır və məzənnə 64 rubl səviyyəsindədir. Avronun rəsmi məzənnəsi isə 78 rubl təşkil edir.
Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları ” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.
Naxçıvan-Məşhəd- Naxçıvan sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək
Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qatar Naxçıvandan 15.04.2018-ci ildən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək, Məşhəd stansiyasına 17.04.2018-ci ildən etibarən həftənin II günləri çatıb və geriyə 18.04.2018-ci il tarixdən etibarən həftənin III günləri yola düşəcəkdir. Qatar Naxçıvana 19.04.2018-ci il tarixdən etibarən həftənin IV günləri çatacaq.
Cəlilabad sahibkarlarının investisiya layihələrinin qəbulu başlanıb
Üç ayda 195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub
2018-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub. Nazirlikdən “Olaylar”a bildirilib ki, bu müraciətlərin 2 minə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 75 mindən çox müraciət daxil olub.
Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
Paytaxt Bakıda yerləşən banklarda dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Sakinlər 2 gündür ki, banklardan dollar əldə edə bilmədiklərini deyiblər. Mərkəzi Bankdan bildirilib ki, dolların satışının dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bank əməkdaşı dolların satışında heç bir problemin olmadığını, satışın davam etdiyini deyib. "Kapital Bank”ın mətbuat xidmətinin əməkdaşı Rüstəm Məmmədov da dolların satışı ilə bağlı hər hansı problemin olmadığını bildirib. Onun sözlərinə görə, "Kapital Bank”ın bütün filiallarında hazırda dolların satışı həyata keçirilir.
Sənaye məhsulu istehsalı artıb
2018-ci ilin yanvar-mart aylarında 11,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 9,9 faiz, neft sektorunda 0,9 faiz artıb.
Yaxın vaxtlarda manatın məzənnəsi DƏYİŞƏCƏKMİ? - EKS-NAZİR AÇIQLADI
“Bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur. Çünki son vaxtlar insanlarımızın manata güvəni xeyli artıb. Bu güvənin artdığını nümayiş etdirən əsas göstərici bankalarda əhalinin manatla olan əmanətlərinin dinamikasıdır. Bu dinamika isə son aylar ərzində müsbətdir".
Bu il Azərbaycana avtomobil idxalı 2,4 dəfə artıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 3 506 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin açıqladığı statistika xəbər verir ki, 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 075 ədəd avtomobil və ya 2,45 dəfə artıb.
Azərbaycanla İran arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə imzalanıb
Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Nazirlikdən verilən məlumata görə, İranınEnergetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi, və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.
Dollar bahalaşacaq? – Ekspert rəyi
“Azərbaycanda son 3 ayda dollara tələbin artması müşahidə edilir. Rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb”. Bunu ekspert Vüqar Bayramov dolların bahalaşacağı ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. Bildirib ki, dolların satışının artması Dövlət Neft Fondunun valyuta hərraclarında təklifinin artmasına səbəb olub:“Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 %, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında isə hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb.
2004-2017-ci illərdə Azərbaycanda qeyri-neft sektoruna 98,4 mlrd. manat vəsait yönəldilib
"2004-2017-ci illər ərzində əsas kapitala 162,9 milyard manat məbləğində vəsait yönəldilmişdir ki, bunun da 65,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilmişdir". Məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.





.jpg)








