İqtisadiyyat
Azərbaycan-Gürcüstan sərhəddində yeni körpü inşa olunur
AZTA Azərbaycanın səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirir
AZTA –nın idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov Azərbaycan Respublikasının Hindistan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyevi qəbul edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA - ya assosiativ üzv seçilib
Bu gün Rusiya Federasiyasının Soçi şəhərində Enerji Məsələlərini Tənzimləmə Orqanlarının Regional Birliyinin (ERRA) iclası keçirilib. Tədbirdə Azərbaycanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ERRA-ya assosiativ üzv seçilib
Deputat: “Peşəkarlar yox dərəcəsindədir…”
“Azərbaycanda peşəkar mühasiblər azdır”. “Olaylar”ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov aprelin 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.
AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır
Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək
"Gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər aparırıq". Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazirin sözlərinə görə, qısa müddətdə Rusiya aksiz mallarının rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılması üçün razılıq verib.
"Abşeron" yatağında hasil edilən bütün kondensat SOCAR-a təhvil veriləcək
Energetika Nazirliyi“ASAN Xidmət” vasitəsilə 44 hüquqi şəxsə icazə verib
2018-ci ilin I rübü ərzində ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı və idxalı üzrə Energetika Nazirliyi tərəfindən verilmiş 72 icazənin 44-ü “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. “OLAYLAR”-a bildirilib ki. 67 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların idxalına, 5 hüquqi şəxsə isə ixrac nəzarətinə düşən malların ixracına icazə verilib.Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.
Kriptovalyuta bazarı bahalaşmaqda davam edir
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətindən irəli gələn məsələlər müzakirə edilib
2018-ci ilin I rübü və aprel ayı ərzində Energetika Nazirliyinin əlaqələndirici qurum olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə yaradılmış işçi qrupunun və alt qrupların iclasları keçirilib.
Nazir: "Azərbaycanın OPEC-ə qoşulması məsələsi gündəmdə deyil"
"Azərbaycan hal-hazırda OPEC-lə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan çox razıyıq". Məlumata görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, Azərbaycan bundan sonra da "OPEC+" formatında əməkdaşlığı davam etdirəcək.
Dünya Bankı: "Azərbaycanın yeni hökuməti davamlı inkişaf üçün islahatları davam etdirəcək"
"Azərbaycanın yeni hökumətinin əsas vəzifəsi 2015-2016-cı illərdə başladılan islahatların sürətinin qorunub saxlanılması, eləcə də daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsidir". Bu barədə Dünya Bankına istinadən xəbər verir.
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozları yüksəldib
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozları yüksəldib. Dünya Bankı xəbər verir ki, bu il Azərbaycanda iqtisadi artım 1,8% təşkil edəcək. DB-nin mütəxəssisləri hesab edir ki, "Şahdəniz 2" layihəsinin hesabına Azərbaycanda ortamüddətli dövrdə ÜDM artımı, qeyri-neft sektorunun inkişafı sürətlənəcək. Bundan başqa, qurumun analitiklərinin fikrincə, ölkənin sabit neft hasilatı və dünya bazarında "qara qızıl"ın qiymətinin yüksək olması da iqtisadi artım tempinə müsbət təsir edəcək.
Nazir: "Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır"
"Azərbaycanın reallaşdırdığı enerji siyasəti iri layihələr ilə iki regionu bir-biri ilə birləşdirir və bu layihələr hələ uzun müddət davam etdiriləcək". Məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.














