Dolların satış qiymətinin artması manatın məzənnəsinə necə təsir edəcək?

Cari ilin ilk ayından dolların nağd satış kursunun ciddi dəyişməməsi müşahidə olunmaqdadır. Hətta  bəzi banklar özləri ilin əvvəlindən dolların alış kursunu artırması ilə bağlı sosial şəbəkədə müztəlif suallar ünvanlamaqdırıar. Belə məlum olur ki, dolların satış kursunun dəyişməsinin manatın məzənnəsinə necə təsir edəcəyi hər kəsi maraqlandırır. Millət vəkili Vüqar Bayramov bildirib ki, adətən maliyyə ilinin sonunda dollara tələb artması müşahidə olunur: "Dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi. Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyildi, bir sıra dövlət və özəl qurumlar xarıcı borc öhdəliklərini yerinə yetirirlər və bayramlara ilə bağlı olaraq idxala tələb artırdı. Bununla yanaşı, ilin birinci ayı adətən dollara tələb optimal olur. Amma bankların alış kursunu artması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, bzinesdən kənar vayuta tələbi hələlik yüksək deyil". Maraqlıdır, bəs, dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi? Millət vəkili bildirib ki, Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir. Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur. Artıq Mərkəzi Bank yanvar ayının geridə qalan günlərində 2 hərrac təşkil edib. Yanvarın 6-da keçirilən hərracda 114.1 milyon dollar satılıb. Yanvarın 11-də təşkil olunan hərracda isə tələb 113.1 milyon dollar olub. Yəni, bu ilin ilk 11 günündə Mərkəzi Bank 227.2 milyon dolların satılmasını təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 11 günündə Mərkəzi Bank cəmi 137 milyon dollar satmışdı. Bu isə ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60.0 faiz artıb".

Onun bildlrdiyinə görə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: "Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Bu ildən minimum pensiya ilə yanaşı, əmək pensyalarının artım məsələsinə də toxunan millət vəkili qeyd edib ki, bu,  ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunacaq. İndeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir: "Adətən illik rəsmi nominal orta aylıq əmək haqqıdakı artım faizi cari ilin yanvar ayının ikinci yarısında elan edilir. Buna baxmayaraq, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır.  Yəni, indeksasiya nəticəsində əmək pensiyadakı artımlar yanvar ayından hesablanır. Ötən il Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4% olmuşdu və ötən ilin əvvəlində əmək pensiyalarının məbləği həmin fazə indeksləşdirilmişdi. Artım məbləğinə gəldikdə isə, əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvg olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir. Maliyyə Nazirliyi bir müddət öncə 2021-ci ildə orta aylıq əmək haqqı 707,3 manatdan 742.8 manatadək yüksələcəyini proqnozlaşdırırdı. Bununla belə, illik artımın nisbətən çox olacağı güman edilir. Bu ötən il orta aylıq əmək haqqının təxminən 5 faiz artması anlamına gəlir. Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq". V.Bayramov qeyd edib ki,  indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub: "Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq. Bununla yanaşı, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir. Ötən il üzrə orta aylı əmək haqqıdakı artım rəsmi olaraq elan olunduqdan sonra hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə həmin faizi artım kimi gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya biləcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31