Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır- Təhlil

Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır

Azərbaycan iqtisadiyyatının sürətli və dinamik inkişafı təkcə ölkəmiz üçün deyil, eləcə də bizimlə qarşılıqlı faydalı şəkildə əməkdaşlıq edən dövlətlərin də maraqlarına xidmət edir. Belə ki, rəsmi Bakının bilavasitə təşəbbüsü və iştirakı ilə rellaşdırılan regional və qlobal əhəmiyyətli layihələrdən onun iştirakçısı olan ölkələr də fayda götürür. Necə ki, Azərbaycanın həyata keçirdiyi mühüm enerji layihələrdən günümüzdə təkcə yaxın qonşularımız deyil, həmçinin Avropa belə yararlanır və özünün enerji təhlükəsizliyini məhz həmin layihələrlə qarşılayır, eləcə də digər, nəqliyyat, tranzit layihələri də məhz qeyd etdiyimiz ölkə və ölkələrə fayda gətirir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyası və onun şah əsəri sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə başlayan bu əməkdaşlığa, zaman keçdikcə Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP, "Şahdəniz", "Azəri-Çıraq-Günəşli" kimi mühüm layihələr də əlavə edildi və qeyd etdiyimiz kimi bu gün enerji sektorunda Azərbaycan tərəfdaş ölkələri ilə uğurlu əməkdaşlıq edir.

Ölkəmizin mühüm və əlverişli coğrafi mövqedə yerləşməsi, yaxın və uzaq dövlətlər qarşılıq faydalı əməkdaşlığa maraqlı olması regionda Azərbaycanın təşəbbüsü və  iştirakı ilə qeyri-enerji sahəsində də qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin, şərait yaradır. Bu sırada nəqliyyat, tranzit daşımaları sahəsində əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Enerji sahəsində səmərəli əməkdaşlığın davamı olaraq bir neçə il əvvəl reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti bunun əyani sübutudur. Eləcə də Şimal-Cənub Nəqlıyyat Dəhlizi, Böyük İpək Yolu layihəsi məhz Azərbaycanın həm əlverişli coğrafi mövqedə yerləşməsi, həm də etibarlı strateji tərəfdaş olmasından irəli gəlir. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, qeyd edilən layihələrin reallaşdırılmasında Azərbaycan özü birbaşa təşəbbüskar və iştiralçı rolunu oynayır. Bu gün dünyada elə ölkələr var ki, əlverişli coğrafi mövqedə yerləşməsinə baxmayaraq bu kimi layihələrin həyata keçirilməsində ya maraqlı deyil, ya da heç bir siyasi iradə və təşəbbüskarlığa malik deyil. Yaxud həmin ölkələrdə idarəetmənin düzgün formada qurulmaması, mərkəzi hakimiyyətlərin yalnız kreslo, var-dövlət üçün çalışması bu və ya digər ölkələrin hansısa qlobal əhəmiyyətli layihələrdə qarşılıqlı faydalı şəkildə əməkdaşlığını mümkünsüz edir. Ancaq Azərbaycan istisna təşkil edir və hər il rəsmi Bakı demək olar ki, yeni-yeni təşəbbüslər, ideyalarla çıxış edir. Qeyd etdiyimiz kimi nəqliyyat. tranzit daşımaları sahəsində əməkdaşlıq da bu sıradadır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Onu da qeyd edək ki, rəsmi Bakının bu təşəbbüsləri beynəlxalq səviyyədə də ciddi dəstək görür. Yuxarıda qeyd etdiyimiz kimi yaxın tariximizdə həyata keçirilən qlobal əhəmiyyətli layihələr bunun əyani sübutudur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən 2-ci "Bir kəmər, bir yol" Forumunda iştirakı da bunu təsdiqləyir. Bu om deməkdir ki, Azərbaycanın qlobal əhəmiyyətli nəqliyyat-tranzit layihələri, təşəbbüsləri təkcə Avropada deyil, eləcə də Asiyada dəstək görür. Çünki bu təşəbbüslər hər iki region, ümumilikdə geniş coörafiyada əməkdaşlığa xidmət edir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev də forumda çıxışı zamanı bu məqama diqqət yetirib və qeyd edib ki. coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq: "Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir".

Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynadığı bu vaxta qədər həyata keçirilən layihələrlə də təsdiq olunub. Bunların ən bariz nümunəsi Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir ki, elə Cənab Prezident də çıxışı zamanı bu məqamı xüsusi qeyd edib Dövlət başçısı bildirib ki, 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir: "Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üçün tərəfdaşlarımızla bizə çoxlu vaxt tələb olundu və bu gün bu dəmir yolu Avrasiyada nəqliyyatda çox mühüm rol oynayır. Azərbaycanın sərmayə yatırdığı daha bir əhəmiyyətli nəqliyyat layihəsi Şimal-Cənub dəhlizidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edirlər". Prezident bildirib ki,   ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb".

Dövlət başçısının da qeyd etdiyi kimi bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir.  Bu imkanlar heç şübhəsiz ki, mühüm əhəmiyyətli beynəlxalq tərəfdaşlığa,  Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verməklə yanaşı, daxildə bir sıra sosial layihələrin həyata keçirilməsinə də imkan yaradır. Həmin layihələrdən əldə edilən gəlirlərdən səmərəli istifadə günümüzdə öz müsbət nəticələrini göstərir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31