Regional proqramlar ölkədə makroiqtisadi artıma təkan verir
“Azərbaycanda artıq 30 ilə yaxındır ki onlarla Dövlət Proqramı qəbul edilmişdir. İlk 10 il ərzində qəbul edilən dovlət proqramlarınının əsas məqsədi dövlətçilik ənənələrinin formalaşması, dövlətin qanunvericilik bazasının, xüsusilə ölkədə hüquqi sistemin, əhali ilə dövlət arasında olan münasibətlərin qayda və qanunlar əsasında formalaşmasından ibarət olmuşdur. Son 10 illikdə qəbul edilən dövlət proqramları isə mahiyyət etibarilə birbaşa olaraq, əhalinin sosial rifahının yaxşılaşmasına, müasir standartlara cavab verən xidmətlərlə təmininə, vətəndaş məmnunluğunun artmasına, yaşayış şəraitinin yüksəlməsinə, eləcə də ölkənin xarici dövlətlərlə müqayisədə rəqabətə davamlı ölkə kimi, dayanıqlı inkişafını təmin etməyə xidmət edir. Mən
29 Yanvar 2019 17:05 İqtisadiyyat"Azərbaycanda artıq 30 ilə yaxındır ki onlarla Dövlət Proqramı qəbul edilmişdir. İlk 10 il ərzində qəbul edilən dovlət proqramlarınının əsas məqsədi dövlətçilik ənənələrinin formalaşması, dövlətin qanunvericilik bazasının, xüsusilə ölkədə hüquqi sistemin, əhali ilə dövlət arasında olan münasibətlərin qayda və qanunlar əsasında formalaşmasından ibarət olmuşdur. Son 10 illikdə qəbul edilən dövlət proqramları isə mahiyyət etibarilə birbaşa olaraq, əhalinin sosial rifahının yaxşılaşmasına, müasir standartlara cavab verən xidmətlərlə təmininə, vətəndaş məmnunluğunun artmasına, yaşayış şəraitinin yüksəlməsinə, eləcə də ölkənin xarici dövlətlərlə müqayisədə rəqabətə davamlı ölkə kimi, dayanıqlı inkişafını təmin etməyə xidmət edir. Mən deyərdim ki, ümumilikdə bu proqramların hər biri üçün əsas amil vətandaş amilidir. Ona görə də ümummilli liderimiz Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004, 2009 və 2014-cü illərdə qəbul etdiyi fərmanların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.Dövlət proqramlarının icra olunduğu bir neçə il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır".
Bu fikirləri Olaylar.az-a UNEC-in Tələbə rektoru Elmir Sadıqov deyib.
O bildirib ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir: "Ümumilikdə sadaladığım statistik göstəricilərə nəzər yetirdikdə, dövlət proqramının əhəmiyyət və mahiyyətini daha yaxşı anlamaq olur.
Bütün bu nailiyyətlərin əldə olunmasında 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müstəsna rolu olmuşdur. Proqram çərçivəsində aparılmış işlər regionlarda istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklərə səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.Elmi əsaslara söykənən bu strateji xəttin davam etdirilməsi məqsədilə cənab Prezident tərəfindən təsdiq olunmuş regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, ən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur. Sirr deyil ki, 2-ci və 3-cü regionların sosial-iqtsadi inkişaf Dövlət Proqramları məhz 1-ci proqramın uğurlu icrası və effektiv nəticəsi qarşılığında qəbul edilmişdir. Ardıcıl qəbul edilən və uğurla icra edilən bu dövlət proqramları Azərbaycan vətəndaşının rifahını xeyli dəyişdirmişdir.
Proqramların qəbulunda vətəndaş amili əsas götürüldüyündən, cənab prezident 2-ci dövlət proqramının icrasını da şəxsən nəzarətə götürmüşdür. Prezident dövlət proqramının icrası ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılış, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş, 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olmuşdur. Müntəzəm olaraq həyata keçirilən bu səfərlərin, açılışların və təməlqoymaların regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyəti olmaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran xüsusi vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Ona görə də Dövlət Proqramının uğurlu icrasından formalaşan məmnunluğ amili proqramların davamlılığını birbaşa artırmaqla, onun əhəmiyyətini daima qüvvədə saxlayır. Hansı ki, dövlət proqramlarının qəbulundan sonra formalaşan vətəndaş məmnunluğu, 2014-2018-ci il dövlət proqramından sonra ən yüksək həddinə çatmışdır. Bu proqram 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır".
E. Sadıqov qeyd edib ki, bütün Dövlət Proqramlarının əsas tədbirlər planı, aşağıdakı 2 xüsusi bölmədən ibarətdir:
• Ölkə əhəmiyyətli tədbirlər
• Ölkənin iqtisadi rayonları üzrə tədbirlər
Ölkə əhəmiyyətli tədbirlər dedikdə, Azərbaycan vətəndaşının sosial-iqtisadi vəziyyətində irəliləyiş və yüksəlişə səbəb ola biləcək tədbirlər toplusu nəzərdə tutulur. Bu tədbirlər bütün iqtisadi rayonlarda bərabərlik prinsipi pozulmadan tətbiq edilmişdir. İqtisadi rayonlara 10 ərazi aiddir. Lakin bunlardan yalnız 2 iqtisadi rayon üzrə işğal səbəbilə ümumiyyətlə hər hansı tədbirlər planı həyata keçirilməyib. Yerdə qalan bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonlar üzrə ayrı-ayrılıqda proqramın mahiyyətindən doğan bütün istiqamətlər tətbiq edilmişdir. Təkcə 2 dövlət proqramının qəbul edilməsi nəticəsində, iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafı yolunda 240 sərəncam imzalanmışdır.
Ümumilikdə, ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil etmişdir.
Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.
Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan iqtisadiyyatı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın "yuxarı orta gəlirli" və "yüksək insan inkişaflı" ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı ("Fitch Ratings", "Standart & Poorchr("39")s" və "Moodychr("39")s") Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.
Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır.
Ümumilikdə, 2004-2013-cü illərdə daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.
Bütövlükdə, Dövlət Proqramları qəbul edilməklə icrası dövründə, minlərlə kilometr şəhərlərarası, rayonlararası, kəndlər arası yollar bərpa edilmiş, respublikanın müxtəlif regionlarında təhsil ocaqları, xəstəxanalar tikilmiş, parklar salınmış, sıradan çıxmış dövlət və dünya əhəmiyyətli tarixi abidələr bərpa edilmiş, daxili istehlakı ödəmək, ixracetmə qabiliyyətini artırmaq məqsədilə yüzlərlə müəssisələr tikilmiş, təsərrüfat sahiblərinə dövlət tərəfindən subsidiyalar, torpaq sahələri, mal-qara verilmişdir".
Tələbə rektoru qeyd edib ki, bütün bu baş verən prosesləri, atılan addımları diqqətlə analiz etsək 2004-2018-ci illər ərzində uğurla icra edilən Dövlət Proqramlarının Azərbaycan vətəndaşının durumunun sosial-iqtisadı inkişafına verdiyi töhfəni görə bilərik: "Ancaq turizm sahəsindəki yüksəliş və kəskin təlabata baxsaq, görərik ki, olkədə dövlət proqramı çərçivəsində qurulan infranstruktur nə dərəcədə faydalı ola bilib. Artıq nəinki ölkə paytaxtı, paytaxtdan kənar rayon və şəhərlər də bütün müasir standartlara cavab verən infranstrukturla təmin edilib. Bununla yanaşı regionlarda təsərrüfat sahiblərinə edilən yardımlar, verilən istiqamətlər ölkədə istehsalın həcmini artırmış, Azərbaycanın idxal edən ölkə statusunu qismən də olsa dəyişərək ixrac edən ölkəyə çevirmişdir. Xüsusilə fındıqçılıq, panbıqçılıq, baramaçılıq, şərabçılıq, tütünçülük sahəsində atılan uğurlu addımlar Azərbaycanın təsərrüfat sahəsində də yüksəlişinə səbəb olmuşdur. Xüsusilə ASAN Xidmət kursunun ideya baxımından davamı olan və yeni əsası qoyulan ABAD layihəsi bir çox ailələrin öz ailə bizneslərini qurmasına nail olmuş, eləcə də öz təsərrüfatlarını genişləndirməkdə vasitəçilik etmişdir.
Bütün bu sadalan əhəmiyyətli addımlar, qarşıya qoyulan regional inkişaf strategiyası, qəbul edilən Dövlət Proqramlarının əsas özəyi və məqsədi olmaqla, ölkə iqtisadiyyatına və qeyri-neft sektorunun əhəmiyyətli yüksəlişinə xüsusi tohfə vermişdir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir