Vəkillik peşəsi ən şərəfli və ən çətin peşədir. Peşəkar vəkil kimdir ? - ÖZƏL
13:40 SosialAzərbaycan, demokratik hüquqi dövlət olmaqla yanaşı , çoxmillətli , müxtəlif irqlərə, dinlərə məxsus insanların yaşdığı ölkədir. Vəkil xidmət etdiyi insanları diniə , irqinə , milli mənsubiyyətinə , siyasi baxışlarına, cinsinə fərq qoymadan hər kəsin hüquq və azadlıqlarını qorumağa borcludur.
Vətəndaş - vəkil münasibətində sağlam zəminin formalaşması üçün öz fəaliyyətində peşəkar vəkil imicinin formalaşması üçün qanuna əsaslanmalıdır.
Vəkillik böyük səbr, əzm və çalışqanlıq tələb edir. Pəşəkar vəkilin ona hüquqi yardım almaq üçün müraciət etmiş şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Ona müraciət edən şəxsə "narahat olmayın, bu işi 100% sizin xeyrinizə həll edəcəyik" kimi vədlər vermək əvəzinə, peşəkar vəkil gördüyü iş etibarilə həmin məsələnin həlli üçün kifayət qədər araşdırma aparmalı, sübutlar toplamalı və yüksək peşəkarlıqla şəxsin hüquqlarını müdafiə etməlidir.Həmçini peşəkar vəkil imicinin formalaşması üçün Beynəlxalq və Respublika qanunvericliyinin verdiyi bütün qanuni yollardan istifadə etməklə insanlara yüksək səviyyəli hüquqi xidmət göstərməlidir.
Peşəkar vəkil imicinin formalaşmasında, vəkillərin nüfuzunun artırılması və ona olan etimadın yüksəldilməsində "Vəkillərin davranış qaydaları haqqında Əsasnamə"nin müstəsna rolu vardır. Vəkillərin müstəqilliyinin təminatı qismində çıxış edən bu davranış kodeksi peşəkar vəkilin öz peşə fəaliyyətində rəhbər tutmalı olduğu əsas qaydaları müəyyən etməklə vəkilin öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırma kimi ali məqsədi ifadə etmişdir.
Vəkil öz peşə fəaliyyətini həyata keçirən zaman maraqların toqquşmasına yol verməməli, ona müraciət edən şəxslərə münasibətdə dürüstlük, vicdanlılıq və ləyaqət nümayiş etdirməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Peşəkar vəkilin ən ümdə keyfiyyətlərindən biri də hüquqi yardımla bağlı ona müraciət edən şəxslərə dair məlumatların gizli saxlanmasını qorumalı, onda olan məlumatları kimsə ilə bölüşməməlidir.. Həmçinin, vəkil digər şəxslərlə münasibətdə etik davranış qaydalarına əməl etməli, peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır.
Peşəkar vəkil fəaliyyəti təkcə vəkilə hüquqi yardım üçün müraciət edən müştəri ilə deyil, həmçinin vəkilin öz həmkarlarına münasibətdə hörmətlə davranmağı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməli, həmarına müarəciətdə səmimi olmalı, ətrafında olanlarda həmkarına hörmət hissini aşılmağı bacarmalıdır.
Cinayət işlərində müdafiəçi qismində çıxış edən vəkil hüquqlarını müdafiə etdiyi şəxsin hüquqlarını müdafiəsi üçün qanunvericiliyin imkan verdiyi dairədə müstəqil surətdə sübutlar toplamalı, araşırıdlması üçün aidiyyatı üzrə təqdim etməlidir.
Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Vəkil peşəsi ilə çalışan hər bir vəkil xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında hüquqi qabiliyyət, ünsiyyət, peşə yaradıcılığl və emosianal qabiliyyətlər mühim yer tutur. Vəkil ilk öncə yüksək savada malik olmalıdır. Hərtərəfli və geniş biliyi, dövrünün hüquqi nailiyyətləri barədə informasiyası, texnikalarla işləmək qabiliyyətləri, kompüter biılikləri və bu bilikləri öyrətmək ustalığı olmalıdır.Onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti əhatəsində olanlar üçün nümunə olmalıdır. Öz həmkarları və xidmət etdiyi şəcslər ilə düzgün və hörmətli münasibətləri olmalıdır. Hüquqi xidmət zamanı yaradıcı olmalı, qarşıya çıxacaq çətinlikləri öncədən görməli və xidməti istiqamətləndirməyi bacarmalıdır.Səbirli olmalı, hislərini cilovlamağı bacarmalı, ciddilik ilə mərhəməti, mülayimliyi düzgün şəkildə uzlaşdırmalıdır. Bütün bu xüsusiyyətlərə sahib olmaq üçün vəkil daim öz üzərində çalışmalı, özünümarifləndirmə ilə məşğul olmalıdır. Vəkillik şərəfli və çətin peşədir.Hər məhkəmə işi həyəcanlıdır. Bəzən işlər uğurlu bəzəndə vəkildən aslı olmayan səbəbə görə uğursuz ola bilər.Biz hüquq və azadlıqları bərabər olan bir ölkədə yaşayırıq. Bizim dövlətimizdə heç bir dinə üstünlük verilmir.Din azadlığı var. Bütün etnik mənsubiyyətli insanların hüquqları bərabər qaydada qorunur. Bəli vəkillik şərəfli işdir. Dövlətin ən qiymətli kapitalı olan insan resusrsunu müdafiə edir.. Bu işin çətinliyi də məhz bundadır. Çünki, insan emosional, dinamik, dəyişkən varlıqdır. Onlarla işləyərkən vəkil yalnız hazır qanunlara uyğun şəkildə davrana bilmərik. Özümüz öz işimizdə yaradıcı olmalıyıq ki, istənilən bir çətin situatsiya yarandığı halda çıxış yolu tapıb, istər sidmət prosesini, istərsə də hüquqi yardım prosesini düzgün məcraya yönəltməliyik.. Vəkilin fəaliyyətinin məqsədi və nəticəsi öyrətməkdir. Bunun üçün ilk növbədə nəyi , nə zaman və necə xidnəti düzgün yönəltməyi bilmək lazımdır. Hüquqi xidmətin məqsədini düzgün müəyyən edərək real nəticə ilə ona çatmağı hədəfləmək lazımdır. Hər bir xidmət özlüyündə məsuliyyətli və maraqlıdır. Vəkil peşəsi coxları üçün cəlbedici, maraqlı görünsə də, ali hüquqi təhsilə malik şəxsin öz üzərində daimi işləməsi, yeni qanunvericiliyin öyrənilməsi, problemlərin və məsələlərin hüquqi aspektlərinin dərk edilməsi, onların təhlil edilməsi bacarıqlarının "itilənməsi"ndə ağır zəhmət və uzun zaman tələb edir. Vəkilin istedadı bayağı qərarlardan istifadə etməklə deyil, çətin hallarda düzgün və uğurlu qərarlar qəbul etməklə müəyyən olunur. Peşəkar vəkil çıxış etmək, tədqiq etmək, mürəkkəb işlərdə uğur gətirən qərarlar qəbul etmək, insanlarla münasibətlər yaratmaq, vəkil sirrini qorumaq, problemləri olan şəxslərə yüksək keyfiyətli hüquqi yardım etmək kimi bacarıqlara malik olmalıdır. Qeyd olunan bacarıqlarla yanaşı, vəkildə əsas məsuliyyət hissinin olmasıdır. Vəkillik xidməti göstərilərkən vəkil öz üzərinə nəinki işin taleyini həll etmək öhdəliyini götürür, o, demək olar, bəzi hallarda hüquqi yardım göstərməklə insanın taleyini həll etmək kimi mühüm mənəvi öhdəliklərin həllinə çalışmalı olur. Bu sualların cavabı cəmiyyətdə bəzən yanlış bilinir. Baxırsınız ki, bəzən insanlar elə bilir ki, bir şəxs bir cinayət törədtiyində, hətta ağır cinayət törətdiyində (məs. adam öldürən, insanların ölümü ilə nəticələnən yanğın törədən və.s) vəkil onu təqsiri sübuta yetirilsə də belə onu mütləq azadlığa çıxarmaq üçün müraciət edilmiş və buna nail olmaq üçün çalışan şəxsdir. Əlbəttə ki, doğru bilinən bu deyildir. Dünyanın bütün sivil hüquq dövlətlərində vəkillər cəmiyyətdə fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərmək, müdafiə etdikləri ən qatı cinayətkarların belə məhkəmə və istintaq prosesində hüquqlarının təmin edilməsinə köməklik göstərən şəxsdir. Qısacası, vəkil kimdir sualına veriləcək ilkin və ən anlaşılan cavab odur ki, insanların bir-biriləri ilə və dövlətlə əlaqələrində meydana gələn anlaşmazlıqların həlli üçün hüquqi biliyinə müraciət edilən və insanları əlaqədar yerlərdə, xüsusilə də məhkəmələrdə təmsil edən və onların hüquqlarını müdafiə edən şəxsdir. Dünyada vəkillərlə bağlı hamılıqla qəbul edilən əsas fikirlər, daha doğrusu vəkillərin ilkin vəzifələri formalaşmışdır. Belə ki, vəkil bir şəxsin vəkilliyini qəbul etməmişdən əvvəl onu dinləməli, yararlı ola biləcəyinə inanarsa hüquqi yardım göstərəcəyini qəbul etməlidir. Vəkil ona müraciət edilən məsələ ilə bağlı əlaqədar qanunları, Ali Məhkəmə qərarlarını araşdırır, məsələ ilə bağlı geniş araşdırma aparır, məhkəmələrdə müxtəlif iddialar qaldırır və ya müvəkkili əleyhinə qaldırılan iddialara qatılır, məhkəmə qərarlarının icrasını təqib edir, yeni qəbul edilən qanunları izləyir və.s bu kimi ümumi vəzifəri yerinə yetirir. Vəkil hər şeydən əvvəl ali hüquq təhsilli olmalı, hadisələr və prinsiplər arasında əlaqə qura bilmə qabiliyyətinə malik olmalı, hadisələri dərin araşdırma marağına, başqalarını başa düşə bilmə və təsir edə bilmə qabiliyyətinə malik olmalı, yaxşı nitq qabiliyyətinə və məsuliyyət hissinə malik olmalıdır. Hər sahədə çalışanlar kimi, ölkəmizdə vəkillik fəaliyyəti də qanunvericilik əsasında fəaliyyət göstərir. Yəni, bu ügn Azərbaycandan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun qüvvədədir. Ona görə ki, Bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilib. Elə bu səbəbdən də vəkillər haqqında danışdığımız bu yazıda zərbaycanda qüvvədə olan bu qanunda vəkillərin fəaliyyəti haqqında bir neçə müddəanı diqqətinizə çatdırmaq hesab edirik ki, vəkillik haqqında təsəvvürünüzdə daha aydın və dəqiq məlumatlanmağa kömək edəcəkdir. Qeyd edilən qanunda göstərilir ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkillik Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsinə əsaslanaraq fəaliyyət göstərir. Bir sözlə vəkillik və vəkillər heç bir dövlət qurumuna və ya vəzifəli şəxsə tabe olmadan qanunlara əsaslanaraq işləyirlər. Vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməsini qanun qadağan edir. Vəkillərin fəaliyyətlərini həyata keçirmələrinin ümumi qaydaları vardır. Bəs o qaydalar qanunda necə müəyyən edilib? İlk əvvəl bilinməlidir ki. vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Yəni vəkilin fəaliyyət göstərməsi üçün ilk öncə ona müraciət edilməli və ya hər hansı məsələ ona həvalə edilməlidir. Vəkil peşəsinin təbiəti elədir ki, müştəri başqa şəxslərlə bölüşmədiyi şəxsi məlumatları - intim və ya kommersiya sirlərini vəkillə bölüşür. Vəkil qarşılıqlı etimad əsasında əldə olunan bu cür məlumatların qəbuledicisdir. Konfidensiallığa əminlik olmayan yerdə etimaddan danışmaq olmaz. Öz peşə funskiyalarını lazımi qaydada icra etmək üçün vəkil maraqların toqquşmasından çəkinməlidir. Beləliklə, əgər eyni işlə əlaqədar tərəflər arasında maraqların toqquşmasl riski mövcuddursa, vəkil iki tərəfə xidmət göstərə bilməz. Bununla bərabər, vəkil cari və ya əvvəlki müştərisindən konfidensial məlumat əldə etmişdirsə, o, əlaqədar yeni müştəri ilə münasibətlərin qurulmasından çəkinməlidir. Hətta vəkil özü ilə müştərisi arasında fikir ixtilafı, maraqların toqquşması halında belə bu cür işləri qəbul etməkdən çəkinməlidir. Əgər maraqların toqquşması müştəriyə xidmət göstərilməsindən doğursa, vəkil həmin müştəriyə göstərdiyi xidməti dayandırmalıdır. Göründüyü kimi, bu prinsip konfidensiallıq , müstəqillik və loyallıq prinsipləri ilə qarşılıqlı əlaqədədir. Müştərilərin, üçüncü şəxslərin, məhkəmələrin və dövlətin etimadını qazanmaq üçün vəkil bu etimada layiq olmalıdır. Bu etimada şərəfli vəkil peşəsinə üzvlüklə nail olmaq olar. Dolayısilə vəkil özünün və peşəsinin reputasiyasını ləkələyəcək, habelə bu peşəyə ictimai inamı azaldacaq hərəkətlərdən uzaq olmalıdır. Bu o anlama gəlməməlidir ki, vəkil bir şəxs olaraq hər mənada mükəmməl olmalıdır. Bununla belə, o, həm peşə, həm də ki, şəxsi həyatında ləyaqətsiz davranışdan çəkinməlidir. Ləyaqətsiz davranış ağır sanksiyanın - peşə fəaliyyətindən kənarlaşdırma cəzasının tətbiqinə gətirib çıxara bilər. Müştərisinə loyal davranmaq vəkil peşəsinin mahiyyətindən irəli gəlir. Öz məsləhətçisi və nümayəndəsi olaraq müştəri vəkilə güvənə bilməlidir. Müştərisinə loyal davranmaq üçün vəkil müstəqil olmalı (a), maraqların toqquşmasından çəkinməli konfidensiallığı təmin etməlidir (b). Peşə davranışı ilə bağlı incə bir məsələ loyallıq prinsipinin digər mühüm "hüquq peşəsinin nüfuzu, fərdi vəkilin düzgünlüyü və müsbət reputasiyası" (d), "həmkarlarla hörmətlə davranılması" , "qanunçuluğa və ədalət mühakiməsinin həyata keçirilməsinə hörmət" prinsipləri ilə əlaqədən yaranan problemdir. Belə vəziyyətlərdə vəkil müştərisinə izah etməlidir ki, o, məhkəmələrdə və ədalət mühakiməsinin həyata keçirilməsində müştərinin mənafeyi naminə qeyri-qanuni işi aparmaqla öz peşə vəzifələrini təhlükə altına qoya bilməz. Müştəridən xidmət haqqı üçün alınan ödənişin məzmunu ona açıq-aydın şəkildə izah edilməli, onun məbləği ədalətli və əsaslandırılmış olmalı, habelə qanun və peşə davranışı qaydaları ilə uzlaşmalıdır. Peşə davranışı qaydaları toplularında vəkillərin müştəriləri ilə maraqlarının toqquşmasından çəkinmələrinin əhəmiyyəti vurğulansa da, xidmət haqqı məsələləri bu cür ixtilafların yaranmasına səbəb olan məsələ kimi görsənə bilər. Dolayısilə bu prinsipə əsasən, gələcəkdə anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə ödəniş məsələlərinin peşəkarcasına tənzimlənməsi zəruridir. Məlumdur ki, müvafiq peşə təhsili və hazırlığı olmadan vəkil müştərini səmərəli formada təmsil edə və ona məsləhət verə bilməz. Son dövrlər sürətlə inkişaf edən iqtisadi münasibətlərin və texnologiyaların, habelə daima dəyişən və yenilənən hüquq və praktikasının fonunda davamlı peşə hazırlığının əhəmiyyəti artmışdır. Peşə qaydalarına əsasən, vəkil ixtisaslaşmadığı sahə üzrə işləri öz icraatına qəbul etməməlidir. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Yəni yazılı surətdə müqavilə əsasında vəkil ona müraciət etmiş şəxsin vəkili olur. Vəkil fəaliyyətini həyata keçirərkən qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməli, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməli, yalnız qanunun tələblərini rəhbər tutmalı, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir. Bundan başqa vəkil mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına (18 yaşına) çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalı, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməli, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. Gördüyümüz kimi, bu vacib, çətin və şərəfli peşəni yerinə yetirən vəkillərin fəaliyyəti ölkəmizdə qanuna əsaslanır. Biz bu yazıda sadəcə vəkillər və vəkilliklə bağlı qanunda yer alan bəzi əsas məqamları dilə gətirdik. Təbii ki, vəkillik haqqında daha geniş müddəalar müəyyən edilmişdir. İstəyən hər bir vətəndaş istər inetrnet vasitəsi ilə. Ya da birbaşa vəkillərə, vəkillərin işlədiyi qurumlara və hüquqşünaslara müraciət etməklə daha geniş və ətraflı məlumat almaq hüququna malikdir. İstəyən hər bir vətəndaş istər inetrnet vasitəsi ilə. Ya da birbaşa vəkillərə, vəkillərin işlədiyi qurumlara və hüquqşünaslara müraciət etməklə daha geniş və ətraflı məlumat almaq hüququna malikdir. Vəkil müstəqil olduqda kənar təzyiqlər qarşısında möhkəm dayanar, düzgün qərarların qəbulunda daha qətiyyətli olar. Bu mənada vəkilin peşəkarlığını şərtləndirən əsas amillərdən biri kimi onun müstəqilliyi mühüm atribut olaraq dəyərləndirilməlidir. Bəli, hərdən mətbuatda Azərbaycanda "peşakar vəkil yoxdur" kimi haqsız fikirlər səslənir. Mən qəti şəkildə bu fikirə qarşıyam. Yuxarıda sadaladığım keyfiyyətlərə malik vəkillər Azərbaycanda çoxdur və bu faktı inkar etmək mənasızdır.
Vəkil Rövşən Qasımov. Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili.