Regional proqramların uğurlu icrası ölkədə iqtisadi rəqabət mühiti yaradıb

2004-cü ildən mərhələli şəkildə, uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları Azərbaycanın hər tərəfli inşikafını təmin edir. Bu vaxtadək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib. Hal-hazırda uğurla icra edilən, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da başa çatmaqdadır. Hər üç mərhələdə əldə olunan nəticələr Azərbaycan iqtisadiyyatının güclənməsində, onun dayanıqlı inkişafında böyük rol sahibidir. Bu davamlı və şaxələnmiş inkişaf Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına daxil etməkdədir. Beynəlxalq aləmdə nüfuzumuzun atmasında güclü iqtisadiyyatımız hesabına ev sahibliyi etdiyimiz tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Keçirilən beynəlxalq tədbirlərdə iştirak edən xarici nümayəndələr Azərbaycanın qısa müddətdə əldə etdiyi böyük nailiyyətlərin şahidi olurlar. Güclü iqtisadiyyat ölkəyə turist axınını gücləndirir. Bölgələrimizdə qurulan müasir infrastruktur, hərtərəfli inkişaf hesabına turistlər ilin istənilən fəsillərində Azərbaycana üz tutur. Əgər əvvəlki illərdə daha çox paytaxt Bakı turistlərin maraq dairəsində idisə son illərdə müxtəlif bölgələrimiz turistləri özünə cəlb etməkdədir. Turizmin inkişafı hesabına Azərbaycan özünün milli-mədəni irsini dünyaya lazımınca çatdıra bilir. Bütün bu inkişafın təməlində Azərbaycan prezidentinin yürütdüyü düşünülmüş, məqsədli siyasət dayanır. Məhz bu siyasətin nəticəsində qəbul olunan Dövlət Proqramlarının üstün cəhətlərindən biri ondan ibarətdir ki, inkişaf yalnız bir sahəni deyil, kompleks şəklində bütün sahələri əhatə edir. Dövlət Proqramının uğurla icrası hesabına bu gün ölkədə işsizlik problemi aradan qaldırılıb. Beləki, bölgəlimizdə açılan yeni istehsal və emal müəssisələri regionu inkişaf etdirməklə yanaşı əhalinin məşğulluğunu da təmin edir. Bütün bunlar göstərir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bölgələrdə əhalinin sosial-rifah halını yaxşılaşdırmağa yönəlib.

Qeyri-neft sektorunun inkişafı Dölət Proqramı üçün prioritet məsələlərdən biridir

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul olunmasındaməqsəd Bakı şəhəri ilə yanaşı əyalətlərin də sosial iqtisadi inkişafını təmin etməkdir. Dövlət proqramlarının birbaşa məqsədi isə ölkədə iqtisadi rəqabət mühitinin yaradılması və gücləndirilməsi bununla bərabər qeyri-neft sektorunun inkişafıdır. Proqramın əlaqələndiricisi İqtisadiyyat nazirliyi, həyata keçərən qurumlar isə yerli icra hakimiyyəti orqanlarıdır. Son illərdə bu sahə ilə bağlı ciddi işlər görülmüşdür. Kiçik sahibkarlıq subyektləri ilə yanaşı Sumqayıt Texnologiya Parkı, Sumqayıt Kimya Sənayə Texnologiya Park,Balaxanı Sənayə Parkı və Yüksək Texnologiyalar Parkı kimi böyük müəssələr açılmışdır. Kənt təsərrüfatının inkişafı ilə əlaqədar Sahibkarlığa Kömək Milli Fondu Kənt Təsərrüfatları kreditləri üzrə Dövlət Agentliyi tərəfindən bu sahənin inkişafı üçün güzəştli kreditlər verilmişdir". Bu fikirləri Olaylar.az-a açıqlamasında Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib.

Regional proqramların uğurlu icrası ölkədə kənd təsərrüfatını inkişaf etdirir

O bildirib ki, Naxçıvan iqtisadi rayonu ölkənin digər əraziləri ilə quru sərhədinin olmaması səbəbi ilə ölkədaxili ticarətdən bir qədər kənarda qalır: "Bu ərazidə iqtisadi sabitliyi qorumaq muxtar respublikanın iqtisadi inkişafını sürətləndirmək üçün mərkəzdəndə zaman-zaman dəstək göstərilmişdir. Bu dəstəyi dahada artıraraq bu bölgədə böyük sənayə parkı yaratmaq, taxılçılığı maksimum dərəcədə inkişaf etdirmək olar. Ayrıca yaxşı olar ki, muxtar respublika ərazisində universitet filiallarının və özəl ali təhsil müəssisələrinin açılmasına xüsusi diqqət ayrılsa bölgə iş adamları üçün xüsusi qazanc olar,həmdə paytaxdakı sıxlıq aradan qalxar. Naxçıvan hava limanın daha çox şəhərlə əlaqəsi təmin edilməsi üçündə imkanlar var. Bölgədə turizmlə bağlı böyük işlər görülmüşdür. Bunu dahada inkişaf etdirərək Naxçıvanı regionun turizm mərkəzinə çevirmək olar. Bölgədə qış turizmi üçün gözəl şərait var.Abşeron rayonu ərazisinin inkişafı üçündə son dövrlər böyük işlər görülmüşdür. Ancaq neftlə çirklənmiş bölgələrin ilk növbədə yenidən təmizlənməsinə ehtiyyac var. Abşeron iqtisadi rayonunda üzüm və zəfaran kimi məhsulların ixrac dərəcəsinə çatdırılması üçün əla şərait var. Həmçinin rayon paytaxta yaxın yerləşdiyi üçündə bəzi dövlət və ali təhsil müəssələri gələcəkdə bura köçürülməsi böyük ehtimaldır".

Politoloq qeyd edib ki, Aran bölgəsinə mal-qara yetişidirilməsi,örüş otlaq sahəsinin inkişafı üçün gözəl şərait vardır. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu sahənin inkişafına xüsusi diqqət ayrılmışdır:

"Son zamanlar dövlət başçısının birbaşa diqqəti sayəsində bölgədə pambıçılıq gün getdikcə inkişaf edir. Lakin yerli və bəzi icra hakimiyyəti orqanlarının bəzən bu işə laqeyd münasibəti səbəbindən bəzi axsamalar olsada yenidən mühüm irəliləyişlərə nail olunmuşdur. Bölgədə  həmçinin faraş tərəvəzçilik mühiti üçündə xeyli əlverişli şərait var.Ümumillikdə,maldarlıq və tərəvəzçilik bölgə əhalisinin uzun müddət əsas qazanc yeri olmuşdur. Bölgədə həmçinin otelçilikdə getdikcə inkişaf etdirilir. Dağlıq Şirvan bölgəsində pambıqçılıq və taxılçılıq inkişaf etdirilir və bu sahələrin dahada inkişafı üçün münbit şərait vardır. Şamaxı və İsmayıllı rayonları turizm sahəsi,otel-restoran biznesi üçün böyük əhəmiyyətə malik regionlardır.Gəncə-Qazax bölgəsində qış-yay turizmi üçün mühüm əhəmiyyətli sahədir. Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində bölgədə turizm sektoru gözlə gürənəcək dərəcədə inkişaf etdirilmişdir. Dağlıq rayonlarda kəndtəsərrüfat sahələri, xüsusilədə kartofçuluğun geniş inkişaf etdirilməsi mühüm əhəmiyyətli məsələdir.Son zamanlar bu regionda üzümçülüyün yenidən dirçəldilməsi üçün mühüm işlər aparılır. Bu sahəyə sahibkarlar tərəfindən əlavə investisya qoyuluşu mühüm əhəmiyyətli məsələdir.Azərbaycanda şərabçılığın yenidən dirçədilməsindəki ən böyük pay bu bölgənin payına düşəcək. Quba-Xaçmaz bölgəsi əlverişli mövqeyi ilə xüsusi seçilir. Respublikanın əsas kurort-istirahət zonası olması səbəbi ilə əsas gəlir məhz bu sahə ilə bağlıdır. Ayrıca meyvəçiliyin inkişafı üçün son dövrlər salınan yeni meyvə bağları meyvəçiliyin inkişafı üçün yeni imkanlar açacaqdır.

Dövlət Turizm Agentliyin yaradılması ölkədə turizm sektorunu daha dainkişaf etdirəcək

Z. Əmrəliyev onuda əlavə edib ki, cənub bölgəsindədə turizm sektoru getdikcə inkişaf edir. Burda həmçinin böyük əhəmiyyətli sitrus meyvəçilikdə inkişaf etdirilir: "Şərq ölkələri ilə əlaqələri gücləndirmək üçün bir çox yeni magistral yollar, xüsusilə Ələt-Astara yolunun çəkilişi iqtisadi inkişafın artım tempini qaldıracaqdır. Şəki-Zaqatala bölgəsində son dövrlər tütünçülüyün yenidən inkişafı üçün mühüm işlər görülmüşdür. Şəki şəhərində xalçaçılığın inkişafı daha ciddi tədbirlərin görülməsi labüddür.Qax rayonda turizim otelçilik yüksələn xətlə inkişaf edir. Bölgədə arıçılıq təsərrüfatına veriləcək dəstək Azərbayanı bal ixracatçısına çevirə bilər. Zaqatala-Balakən rayonlarında turizmin inkişafı üçün çox mühüm işlərin görülməsinə ehtiyac var. Bu rayonlar turizm üçün çox əlverişlidir. Zaqatalada qızılgül yağı istehsalı üzrə müəyyən nəticələr əldə edilmişdir. Bölgə əhalisinin əsas gəlirli sahələrindən biri olan fındıqçılıq üzrə nəticələr əldə olunsada bu sahənin inkişafı üçün çox çalışmaq lazımdır.Yeni fındıq bağlarının salınmasında və bu məhsulun yetişdirilməsində beynxalq praktikanın öyrənilməsinə ehtiyac var. Uzun müddət bölgənin ən gəlirli sahələrindən biri olan xurmaçılıq son dövrlər bir qədər zəifləmişdir. Rusiyaya ixrac olunan və gəlirli sahə olan bu məhsul üçün xüsusi diqqət vacib şərtdir".

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi siyasət regionlarda əhəmiyyətli lahiyyələrin həyata keçirilməsinə və əhalinin məşğulluq səviyyəsinin artırılmasına kömək edir: "Çox təəssüf ki, bəzi hallarda bəzi regional və mərkəzi orqanlarda çalışan məmurların laqeyd müasibəti səbəbi ilə istənilən nəticəni verməməyə bilir. Son dövrlər aparılan güclü kadr dəyişiklikləridə məhz bu kimi halların aradan qaldırılmasına yönəlmişdir.Dövlət başçısı tərəfindən Kənd Təsərrüfat naziri vəzifəsinə Asan Xidmətinsədri İnam Kərimovun təyin olunması kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin Dövlət Turizm Agentliyin yaradılması turizmin dahada inkişafını sürətləndirəcəkdir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31