“Azərbaycan gələcəkdə daha böyük sosial-iqtisadi uğurlara imza atacaq” - AÇIQLAMA

"Söz yox ki, hər hansı bir ölkənin Dünya İqtisadi Forumunun reytinq siyahısında mövqelərini yaxşılaşdırması dünyanın qlobal maliyyə və biznes subyektlərində həmin ölkə iqtisadiyyatına münasibətinin yaranmasına yardımçı olur" .

Bunu millət vəkili Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanın iqtisadiyyatı qlobal rəqabətlilik indeksinə görə ötən illə müqayisədə yüksək göstəricilərlə təqdim olunması aparılan siyasətin düzgün və əsaslı olduğunu göstərir: "Azərbaycanın qeyd olunan reytinq siyahısında bu il də öz mövqeyini möhkəmləndirməsi ölkədə aparılan islahatlarla birbaşa bağlıdır. Açıqlanan hesabat bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatı onun qlobal rəqabətliliyini müəyyən edən 12 əsas göstəricinin 11-də irəliləyiş əldə edib. Biznes mühitinin yaxşılaşması, iqtisadi imkanların genişlənməsi və digər müsbət göstəricilər Azərbaycanın gələcəkdə daha böyük sosial-iqtisadi uğurlara imza atacağından xəbər verir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31