Bəhruz Quliyev: "Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativinin olmadığını nümayiş etdirdi"
“Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatını möhkəmləndirir, vətəndaşlarımızın sosial rifah halını yüksəldir. Bu baxımdan təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regional güc kimi diqqət cəlb etməkdədir”. Bunu Olaylar.az-a “Səs” media qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev deyib.
17 Oktyabr 2018 13:20 İqtisadiyyat"Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatını möhkəmləndirir, vətəndaşlarımızın sosial rifah halını yüksəldir. Bu baxımdan təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regional güc kimi diqqət cəlb etməkdədir". Bunu Olaylar.az-a "Səs" media qrupunun rəhbəri, ekspert Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, bütün əldə olunan nailiyyətlərimiz həyatımızda olduğu kimi, beynəlxalq hesabatlarda da öz əksini tapır: "Məsələn, ötən gün Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı təqdim edilib. Tamamilə yeni metodologiya əsasında hazırlanmış hesabatda Azərbaycan nailiyyətləri və uğurları ilə ilk yerlərdə qərarlaşıb. Xüsusilə də, hesabatda Azərbaycanın dünya səviyyəsində sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilməsi respublikamızda reallaşdırılan islahatların və görülən işlərin yüksək nəticəsini nümayiş etdirir".
"Bu gün dünyada ölkələr var ki, onların qaz, elektrik, yol problemləri var. Amma Azərbaycan sosial infrastruktur sahəsində dünya ölkələrinə nümunə olacaq səviyyədə işlər görüb. Elə hesabatda da Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinin 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəldiyi vurğulanıb" - deyən Bəhruz Quliyev əlavə edib ki, Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativinin olmadığını nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın Türkiyə, Serbiya, Cənubi Afrika Respublikası, Xorvatiya kimi ölkələrlə eyni cərgədə durması ölkəmizin dinamik inkişafından və tərəqqisindən xəbər verir.