Azərbaycanda mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib

2018-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 357,2 milyon manatlıq xidmət göstərib.

Göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 47,6 faizi və ya 646 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31