9 ay ərzində 1,59 milyard m3 qaz idxal olunub
16 Oktyabr 2018 17:21 İqtisadiyyatBu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard m3 qaz idxal olunub və 6,48 milyard m3 qaz ölkədən ixrac edilib. "OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, ölkəyə idxal olunan və ölkədən ixrac edilən qaz həcmləri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə, müvafiq olaraq, 22,6% və 5,8% artım qeydə alınıb. Cari ilin ilk 9 ayı ərzində SOCAR 871,8 milyon m3 qaz8 ixrac edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur.
Xatırladaq ki, SOCAR Azərbaycanda öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmini Azərbaycan bazarına yönləndirir. Üçüncü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunur və Azərbaycana əlavə gəlir qazandırır. Hazırda SOCAR-ın Azərbaycandakı qaz anbarlarında qış ayları üçün 3 milyard kubmetrdən çox qaz tədarük edilib.