Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Oktyabrın 16-da Sabirabad rayonunun Yastıqobu kəndinə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, 62 fərdi evi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8 620 metr müxtəlif diametrli polietilen eləcə də metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə  təbii qazın verilişi təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31